Cavid Hüseynov 50-yə çatdı

16:58 - 2 Sentyabr 2017

Azərbaycan milli komandası növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, yığmamız 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveçlə qarşılaşıb. Oslodakı “Ulleval” stadionunda keçirilən görüşdə “Qəbələ”nin bir futbolçusu iştirak edib.

 

Start heyətində yer alan Cavid Hüseynov 90 dəqiqə meydanda olub. Qarşılaşma Norveç yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu görüş Cavidin milli komandada yubiley - 50-ci matçı olub. Hüseynovun hesabında bu oyunlarda 2 qol var.

Xəbər xətti