"Liverpul"un futbolçusu Filiper Koutinyonun adı yay transfer pəncərəsində "Barselona" ilə hallansa da keçid baş tutmayıb.
Sportal.az xəbər verir ki, Kataloniya klubunun idman direktoru Albert Soler bu transferin baş tutmamasının səbəblərindən danışıb:
"Liverpul" Koutinyo üçün bizdən 200 milyon avro istədi. Əlbəttə, biz də bu transferi gerçəkləşdirmədik. Qarşı tərəf açıq-aşkar oyunçusunu satmaq istəmirdi. Futbol artıq klubların deyil, sponsorların oyunudur. Biz bu transfer üçün risk edə bilməzdik".
Qeyd edək ki, Koutinyo 2013-cü ildən "Liverpul"da çıxış edir.
saytlarin hazirlanmasi