İtaliya A Seriasında mübarizə aparan “Yuventus” müdafiəçisi Aleks Sandro ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.
Sportal.az “Sky İtalia” nəşrinə istinadən xəbər verir ki, futbolçuyla sazişin müddəti 2022-ci ilə qədər uzadılacaq.
Həmçinin, futbolçunun maaşının da artırılacağı bildirilir. Belə ki, hal-hazırda Turin təmsilçisində 2,8 milyon avro qazanan braziliyalı oyunçu yeni sözləşməyə əsasən, 5 milyon avro məbləğində maaş alacaq.
Xatırladaq ki, 2015-ci ildə “Portu”dan 26 milyon avro qarşılığında “Yuventus”a transfer olan Sandronun hal-hazırda klubla 2020-ci ilə qədər müqaviləsi var.
saytlarin hazirlanmasi