DÇ-2018-in seçmə mərhələsində sabah San Marino millisini qəbul edəcək Azərbaycan yığmasının müdafiəçisi Tərlan Quliyev oyunöncəsi mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, Quliyev öncə oyunla bağlı fikirlərini bildirib:
“Çətin oyun olacaq. Bu komandanın Şimali İrlandiya ilə oyununa baxmışam. 70 dəqiqə qapılarını toxunulmaz saxlayıblar. Bizim üçün çətin oyun olacaq. Qələbə qazanmağa çalışacağıq”.
saytlarin hazirlanmasi