İspaniya millisinin heyətində itki baş verib.
Sportal.az xəbər verir ki, "Nyu-York Siti"nin futbolçusu David Vilya millinin düşərgəsini tərk edib. Buna 35 yaşlı hücumçunun məşq zamanı ombasından zədələnməsi səbəb olub. Təcrübəli forvard Lixtenşteynlə səfər matçında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, D.Vilya DÇ-2018-in seçmə mərhələsində şənbə günü keçirilən İtaliyaya qarşı matçda (3:0) iştirak edib.
saytlarin hazirlanmasi