Azərbaycan - İrlandiya matçının hakimləri müəyyənləşdi

13:02 - 4 Sentyabr 2017

21 yaşadək futbolçulardan ibarət milli komandamız AÇ-2019-un seçmə mərhələsi çərçivəsində İrlandiya millisini qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşmanı idarə edəcək hakimlər briqadasına aydınlıq gəlib. Millimizin oyununu macarıstanlı hakimlər idarə edəcək.

 

Qarşılaşmanın baş hakimi Sandor Szabo olacaq.  Ona həmyerliləri Peter Kobor və Balaj Szert kömək edəcəklər Dördüncü hakim funksiyasını isə Balaj Berke yerinə yetirəcək.

 

Qeyd edək ki, Azərbaycan - İrlandiya matçı sabah saat 19:00-da "Dalğa Arena"da baş tutacaq.

Xəbər xətti