“Barselona”nın hücumçusu Lionel Messi yeni müqaviləylə bağlı klub rəhbərliyi ilə razılığa gəlib.
Sportal.az xəbər verir ki, bu barədə Kataloniya klubunun prezidenti Xosep Maria Bartomeu İspaniya mətbuatına açıqlamasında məlumat verib. O, argentinalı hücumçunun klubla müqavilə müddətini artıracağını deyib:
“Messi “Barselona” ilə yeni müqavilə bağlayıb. Yaxın zamanda bu barədə məlumat veriləcək”.
Xatırladaq ki, Messinin “Barselona”dakı hazırkı müqavilə müddəti 2018-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi