Madridin "Atletiko" klubu baş məşçi Dieqo Simeone ilə müqavilə müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat verib. Yeni sözləşməyə əsasən argentinalı mütəxəssis 2020-ci ilədək madridlilərin sükanı arxasında olacaq.
Xatırladaq ki, Simeone 2011-ci ildən "Atletiko"nun baş məşqçisidir. İspaniya klubu onun rəhbərliyi altında 2014-cü ildə la Liqa çempionu olub, iki dəfə isə Çempionlar Liqasında final oynayıb.
Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasında "Qarabağ"la birlikdə C qrupunda yer alıb.
saytlarin hazirlanmasi