İspaniya La Liqasında mübarizə aparan “Barselona”nın futbolçusu Andres İnyesta müqavilənin müddətinin uzadılması ilə bağlı klub prezidenti Xosep Bartomeu ilə razılaşmadığını bildirib.
Sportal.az xəbər verir ki, ötən günlərdə Bartomeu verdiyi müsahibədə müqavilənin müddətinin uzadılması ilə bağlı İnyestayla razılağa gəlindiyini demişdi.
Milli komandalar arasında keçirilən matçlarından sonra Barselonaya qayıdan təcrübəli oyuçu hava limanında Bartomeu ilə razılaşdığına dair ünvanlanan suala “xeyr” cavabını verib.
Qeyd edək ki, İnyestanın “Barselona” ilə müqaviləsi 1 ildən sonra bitir. Futbolçunun bu müddət ərzində hansı qərarı verəcəyi maraqla gözlənilir.
Əlavə edək ki, İnyesta ilə "Yuventus"un da maraqlandığı iddia edilir.