"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi olan “Roma”nın yeni transferi sıradan çıxıb.
Sportal.az xəbər verir ki, "canavarlar"ın hücumçusu Patrik Şik zədələnib. Əzələsində ağrılar hiss edən 21 yaşlı çexiyalı forvardın durumuna tezliklə aydınlıq gələcək. Onun bir müddət paytaxt klubuna kömək etməyəcəyi gözlənilir.
Qeyd edək ki, Şik yay transfer dönəmində "Sampdoriya"dan "Roma"ya 42 milyon avro qarşılığında keçib.
Əlavə edək ki, "Roma"nın bu gün Şikin sabiq klubu - "Sampdoriya"ya qarşı keçirəcəyi oyun güclü yağış səbəbindən təxirə salınıb.
saytlarin hazirlanmasi