Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki açıqlama verib.
Sportal.az xəbər verir ki, xorvat mütəxəssis gələcək karyerası ilə bağlı ölkəsinin mətbuatına danışıb:
“AFFA ilə müqaviləm bu ilin dekabrında başa çatacaq. Yeni müqavilə ilə bağlı danışıq aparmamışıq. Düzü, necə olacağını bilmirəm. Mətbuatda adımın Xorvatiya millisi ilə yanaşı çəkilməsinə gəlincə, KİV-də yayılan məlumatları bilirəm. Ancaq bu günədək mənimlə Xorvatiya yığmasının baş məşqçisi olmaq barədə söhbət olmayıb. Azərbaycan millisinin “sükanı arxasında” olduğum vaxtda bu barədə danışmaq düzgün olmaz. Gələcəkdə necə olacaq, bilmirəm”.
Mütəxəssis Xorvatiyanın DÇ-2018-in seçmə mərhələsində Türkiyəyə uduzmasını qəbul etmədiyini bildirib:
“Xorvatiya futbolunda tənzimləmə yoxdur. Buna görə də qeyri-sabitlik davam edir. Bilirsiniz, atmosfer yaxşı deyil. Elə pis atmosferdə nəticə qazanmaq da mümkünsüzdür. Kimsə komandanın uğurlarından danışa bilər. Amma bu daimi deyil. Məhz problem də bununla bağlıdır. Türkiyəyə son məğlubiyyət gözlənilməz idi”.
saytlarin hazirlanmasi