İspaniya La Liqasında mübarizə aparan “Barselona”nın sabiq çalışdırıcısı Luis Enrike baş məşqçilik karyerasını Çində davam etdirə bilər.
Sportal.az “Marca” nəşrinə istinadən xəbər verir ki, Çinin “Şanxay Şenhua” klubu gələn mövsüm üçün təcrübəli mütəxəssislə razılığa gələ bilər.
Qeyd edək ki, 2018-ci ilin mart ayında başlayacaq Çin Super Liqasının yeni mövsümündə çempionluğu hədəfləyən “Şanxay Şenhua”nın hazırki çalışdırıcısı Qustavo Payetdir.
Xatırladaq ki, “Barselona” Luis Enrikenin rəhbərliyi altında 3 mövsümdə 9 çempionluq yaşayıb.
saytlarin hazirlanmasi