İspaniya La Liqasının 3-cü turu çərçivəsində “Levante”yə qarşı oyunda zədələnən “Real”ın (Madrid) hücumçusu Kərim Benzemanın son vəziyyəti bağlı açıqlama verilib.
Sportal.az xəbər verir ki, fransalı oyunçu 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, matçın son dəqiqələrində qırmızı vərəqə ilə cəzalandırılan Marseloya birbaşa qırmızı vərəqəyə və sərt hərəkətinə görə, 3 oyunluq cəza verilməsi gözlənilir.
Beləliklə, son La Liqa çempionu növbəti iki qarşılaşmasında hər iki futbolçunun xidmətindən yararlana bilməyəcək.
Xatırladaq ki, “Real” – “Levante” qarşılaşması 1:1 hesablı heç-heçə ilə başa çatıb.
saytlarin hazirlanmasi