Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqası matçına təyinat alıb.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək “Gimaraeş”- “Zalsburq” qarşılaşmasını idarə edəcək.
Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Mübariz Həşimov ehtiyat hakim funksiyasını yerinə yetirəcək. Matçın əlavə hakim köməkçiləri isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.
Qeyd edək ki, sentyabrın 14-də keçiriləcək “Gimaraeş”- “Zalsburq” oyunu Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.
saytlarin hazirlanmasi