İtaliya A Seriasında mübarizə aparan “Milan”ın futbolçusu Hakan Çalhanoğlu baş məşqçi Vinçentso Montellaya “ismarıc” göndərib.
Sportal.az xəbər verir ki, dünən çempionatın 3-cü turu çərçivəsində keçirilən “Latsio” – “Milan” (4-1) matçından sonra açıqlamalar verən türkiyəli futbolçu oynamaq istədiyi mövqeyi bildirib:
“Tək hücumçunun arxasında oynamaq istəyirəm. Sərbəst mövqedə daha rahat oynaya bilirəm. Bu mövqedə oynamağı üstün tuturam”.
23 yaşlı oyunçu dil problemi yaşadığını da deyib: “Burda dil problemi yaşayıram. Tərcüməçim yoxdu, lakin komanda yoldaşlarım bəzən kömək edir”.
Qeyd edək ki, “Latsio” – “Milan” matçında Çalhanoğlu yarımmüdafənin mərkəzində oynamış və uğursuz çıxış etmişdi.
saytlarin hazirlanmasi