Rumıniya millisində Kristof Daum dönəmi başa çatıb.
Sportal.az ölkənin futbol federasiyasının verdiyi açıqlamaya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Rumıniya yığmasının baş məşqçilik postundan göndərilib.
Xatırladaq ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində E qrupunda mübarizə aparan Rumıniya millisi 8 oyundan sonra 9 xal toplayaraq 4-cü pillədə qərarlaşıb. Qeyd edək ki, qrupda 2-ci sırada olan Albaniya millisi ilə Rumıniya yığması arasında 7 xal fərq var.
saytlarin hazirlanmasi