"Atletiko"nun prezidenti: "Kosta üçün hərəkətə keçməyəcəyik"

19:10 - 12 Sentyabr 2017

İspaniya La Liqasında mübarizə aparan “Ateltiko” (Madrid) sabiq futbolçusu Dieqo Kosta üçün “Çelsi” ilə danışıqlara başlayacağı iddia edilir.


Sportal.az “Marca” nəşrinə istinadən xəbər verir ki, “zadəganlar” ispaniyalı futbolçunu komandadan göndərməyə müsbət yanaşır.


3 ay Braziliyada istirahət etdikdən sonra Londona qayıtmağı rədd edən və baş məşqçi Antonio Konte ilə problemlər yaşayan hücumçunun transfer məsələsinin bu həftə həll olunacağı bildirilir.


Kostanın transfer məbləğinin isə 60 milyon avro olacağı iddia edilir. 


Bu gəlişmələrdən sonra “Atletiko”nun prezidenti Enrike Kerezo açıqlama verib. O, Kostanın Madridə köçdüyü ilə bağlı yayılan xəbərlərlə əlaqədar bunları deyib: “Əgər ailəsi bura köçübsə, mənə hara köçdüyünü  deyin. Gedib onunla danışacam. Hal-hazırda Dieqo Kosta “Çelsi”nin futbolçusudu. Yanvar ayına qədər oyunçu üçün hərəkətə keçməyəcəyik”.


Qeyd edək ki, braziliya əsilli Kosta 2014-cü ildə 38 milyon avro qarşılığında “Çelsi”yə keçmişdi. O, London təmsilçisinin forması ilə  58 qol  vurub və 24 məhsuldar ötürmə edib. 28 yaşlı hücumçu “Atletiko” forması ilə 134 oyuna 64 qol vurub və 22 məhsuldar ötürmə edib.


Əlavə edək ki, “Qarabağ” Çempionlar Liqasında “Atletiko” və “Çelsi” ilə eyni qrupda mübarizə aparacaq.

 

Xəbər xətti