"Real"ın futbolçusu ayaqlarını təraş edərkən sıradan çıxdı

17:07 - 13 Sentyabr 2017

“Real” Çempionlar Liqasının ilk turunda APOEL-lə keçirəcəyi ev oyununa itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, Madrid klubunun gənc yarımmüdafiəçisi Marko Asensio bu matçda oynamayacaq. 21 yaşlı futbolçu ayaqlarını təraş edən zaman yara əmələ gəlib. Ayağındakı yara Asensioya oyuna çıxmağa mane olub. Bu məlumatı komandanın baş məşqçisi Zinəddin Zidan oyunöncəsi mətbuat konfransın verib:

 

"Asensionun ayağında yara var. Corablarını belə yuxarı çəkə bilmir. Bu səbəbdən bizə kömək etməyəcək. Lakin ciddi heç nə yoxdur, məşqlərini edir".

 

Qeyd edək ki, “Real” - APOEL matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.

Xəbər xətti