İquaindən "Barselona" azarkeşlərinə ədəbsiz jest

18:34 - 13 Sentyabr 2017

"Yuventus" Çempionlar Liqasının qrup mərhələsinə uğursuz start verib. Turin klubu səfərdə "Barselona"ya 0:3 hesabı ilə yenilib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmada qonaqların futbolçusu Qonsalo İquain azarkeşlərə etdiyi ədəbsiz jestlə yadda qalıb. Argentinalı oyunçu "Nou Kamp"da rəqib oyunçu kimi 12-ci oyununu keçirib və yenə də qol vura bilməyib. 87-c dəqiqədə əvəzlənən forvard yerli azarkeşlərin təpkisinə orta barmağını havaya qaldıraraq cavab verib.

 

Qonsalo İquain "Barselona"ya "Real"ın heyətində "Santiaqo Bernabeu"da 3 qol vurub. 29 yaşlı futbolçu 2016-cı ildən "qoca sinyora"da çıxış edir.

Xəbər xətti