"Real" İsko ilə "nikah təzələdi"

18:50 - 14 Sentyabr 2017

İspaniya La Liqasında mübarizə aparan “Real” (Madrid) daha bir futbolçusu ilə müqavilə təzələyib.


Sportal.az xəbər verir ki, İskoyla mövsümün sonuna qədər olan müqavilənin müddəti 2022-ci ilə qədər uzadılıb.


Komandada illik məvacibi 6 milyon avroya bərabər olan İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 700 milyon avro dəyərində göstərilib. Futbolçu sabah bununla bağlı mətbuat konfransı keçirəcək.


Qeyd edək ki, 25 yaşlı oyunçu 2013-cü ildən “Real”ın şərəfini qoruyur.

 

Xəbər xətti