Dünən Avropa Liqasının ilk turunda keçirilən “Vitoriya Gimaraynş” – “Zalsburq” matçında (1:1) qeyri-adi hadisə baş verib.
Sportal.az xəbər verir ki, Portuqaliya klubu start heyətinə heç bir avropalı oyunçunun adını daxil etməyib. Prineylilər ilk 11-likdə nəinki yerli, heç avropalı oyunçuya güvənməyib. Bu da avrokuboklarda ilk dəfə baş verən hadisə olub.
Start heyət: Duqlas (Braziliya), Viktor Qarsyia (Venesuela), Jubal (Braziliya), Pedrao (Braziliya), Konan (Fil Dişi Sahili), Celis (Kolumbiya), Vakaso (Qana), Urtado (Peru), Rincon (Kolumbiya), Teyşeyra (Uruqvay), Rafinya (Braziliya)
Yalnız 58-ci dəqiqədə Urtadonu əvəzləyən portuqaliyalı Kiko matç ərzində “Vitoriya”nın heyətində meydanda olan yeganə avropalı oyunçu olub.
Qeyd edək ki, bu qarşılaşmanı azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib.
saytlarin hazirlanmasi