Alman azarkeşlər Londonda həbs olundu

13:53 - 15 Sentyabr 2017

Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilmiş “Arsenal” (İngiltərə) - “Köln” (Almaniya) matçından (3:1) öncə insident yaşanıb.

 

Sportal.az xəbər verir ki, matçdan öncə 20 minə yaxın alman fanat oyunun keçiriləcəyi “Emireyts” stadionuna doğru irəliləyib. Onlardan təxminən 17 mini biletsiz olub. Biletsiz azarkeşlərin stadiona daxil olmaq istəməsi gərginliyə səbəb olsa da, polis məsələnin böyüməsinin qarşısını alıb. Ancaq təhlükəsizlik üçün görüş təyin olunduğu vaxtdan bir saat gec başlayıb.

 

London polisinin oyundan sonra yaydığı məlumatda, hadisə nəticəsində ciddi insident yaşanmadığı, lakin ictimai qaydaları pozan 5 azarkeşin həbs olunduğu qeyd edilib.

Xəbər xətti