Madridin "Real" klubunun yarımmüdafiəçisi Mateo Kovaçiç sıradan çıxıb.
Sportal.az xəbər verir ki, Çempionlar Liqasının ilk turunun APOEL-lə oyununun ikinci hissəsində zədələnərək matçı yarımçıq tərk edən xorvatiyalı futbolçunun xəsarəti ağırdı. İspaniya mətbuatının yaydığı xəbərə görə, yarımmüdafiəçinin sağ ayaq vətərləri zorlanıb. Bu səbəbdən o, qarşıadkı 2 ay yaşıl meydanlardan kənarda qalacaq. Xoşbəxtlikdən vətərlər qırılmadığı üçün əməliyyata gərək qalmayıb.
Qeyd edək ki, "kral klubu"nun digər üzvü Kərim Benzema da dizindəki zədə səbəbindən 4-6 həftəlik sıradan çıxıb.
saytlarin hazirlanmasi