Fernando Torres gələcək karyerasından danışdı

19:59 - 15 Sentyabr 2017

"Atletiko"nun hücumçusu Fernando Torres gələcək karyerası barədə danışıb

 

Sportal.az xəbər verir ki, 33 yaşlı futbolçu hələ bir neçə il də oynamaq istədiyini qeyd edb: "Mənə şans veriləcəyi təqdirdə, əlimdən gələni edəcəyimə söz verirəm. Çünki bunu "Atletiko" azarkeşləri istəyirlər. İrəlidə çox ilim var. Özümü komandanın əsas oyunçusu kimi hiss etmək istəyirəm".

 

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü 2015-ci ildən Madrid klubunda oynayır. Onun komandası Çempionlar Liqasında təmsilçimiz "Qarabağ"la eyni qrupda mübarizə aparır.

Xəbər xətti