İtaliyada yeni ulduz parlayır: "Kumirim Zlatan İbrahimoviçdi"

15:09 - 19 Sentyabr 2017

İtaliya A Seriyasının 4-cü turunda "Latsio"ya 2:3 hesabı ilə uduzan "Cenoa"nən hər iki qolunun müəllifi 16 yaşlı Peitero Pelleqri olub.

 

Sportal.az xəbər verir ki, gənc forvard xəyallarının gerçəkləşdiyini söyləyib:

 

"Uşaqlıq arzum gerçəkləşdi. Mən və atam üçün önəmli oyun oldu. Həm də məktəbdə təhsil alıram. Məktəbdən ayrılmaq fikriim yoxdu. Mənə xüsusi müəllim də ayrılıb. Atam mənim futbol oynamağımə dəstəkləyir. Anam isə daha çox təhsilimə üstünlük verir".

 

Pelleqri ötən mövsümün son turunda "Roma"ya 1 qol vurmuşdu. Bu tur paytaxtın digər təmsilçisi "Latsio" ilə matçda dubl edən italiyalı oyunçu kumirinin Zlatan İbrahimoviç olduğunu vurğulayıb:


"Kumirim Zlatan İbrahimoviçdi. O, dünyanın ən yaxşı hücumçusudur".

Xəbər xətti