“Real”da itki var

22:00 - 19 Sentyabr 2017

İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrid) mövsümün əvvəlində transfer etdiyi Teo Hernandez çiynindən zədələnib.


Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunçunun çiynində yarım çıxıq aşkarlanıb.


Artıq 19 yaşlı müdafiəçinin müalicəsinə başlanılıb. Hernandezin nə qədər müddət yaşıl meydanlardan kənarda qalacağı ilə bağlı məlumat verilməyib.


Qeyd edək ki, fransalı futbolçu bu mövsüm “kral klubu”nun forması ilə 3 rəsmi matçda oynayıb və 196 dəqiqə meydançada mübarizə aparıb.
 

 

Xəbər xətti