Rövnəq Abdullayev: "Bu qərar Azərbaycanda futbolun inkişafına öz töhfəsini verəcək"

21:21 - 20 Sentyabr 2017

Bu gün İsveçrənin Nyon şəhərində keçirilən toplantıda 2019-cu ildə UEFA Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda olacağı açıqlanıb.


Sportal.az xəbər verir ki, bununla bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayev affa.az-a açıqlama verib.


Prezident qərarın respublikanın idman həyatında əlamətdar hadisə olduğunu vurğulayıb: 
“2019-ci ildə təşkil olunacaq UEFA Avropa Liqasının Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidir. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm. Bakı Olimpiya Stadionunun qitənin mötəbər klub turnirinin final oyununa ev sahibliyi etməsi respublikamızın idman həyatında əlamətdar hadisədir. Açıqlanan qərarın Azərbaycanda futbolun inkişafına öz töhfəsini verəcəyinə əminik. Belə bir nüfuzlu turnirin oyunlarına ev sahibliyi etməyimiz Respublika Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik. UEFA İcraiyyə Komitəsinə prezentasiyamızı yüksək qiymətləndirdiyinə görə, minnətdarlığımızı bildirir və bu etimadı da əməli işimizlə doğruldacağımıza inanırıq”.

 

Xəbər xətti