"Roma" hücumçusunu itirdi: "Qarabağ"a qarşı oynamayacaq

10:50 - 22 Sentyabr 2017

Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq “Roma” itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, “canavarlar”ın çexiyalı hücumçusu Patrik Şik sıradan çıxıb.

 

Sol ayağından zədə alan hücumçu 2 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu haqda paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Belədə o, “Roma”nın “Qarabağ”la və Çexiya yığmasının Azərbaycanla oyununu buraxacaq.  

 

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-i saat 20:00-da, Azərbaycan – Çexiya oyunu isə oktyabrın 5-i, 21:00-da start götürəcək. Hər iki qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti