İspaniyanın “Alaves” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisini italiyalı Canni De Byazi çalışdıracaq. 61 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə bağlanılacaq.
İtalyan çalışdırıcı bu postda bir neçə gün öncə istefaya göndərilən Luis Subeldiyanı əvəzləyəcək. “Alaves” çempionatda keçirdiyi 5 oyunun hamısında məğlub olub və 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, De Byazinin son iş yeri Albaniya milli komandası olub.
saytlarin hazirlanmasi