2018/19 mövsümü Avropa Liqasının finalının Bakıya salınması məşhur karikaturaçı Omar Momaninin də diqqətindən yayınmayıb.
Sportal.az xəbər verir ki, iordaniyalı rəssam son əsərində məhz bu mövzuya toxunub. O, rəsmi “Facebook” səhifəsində “Azerbaijani people are welcoming the Europa League final” (Azərbaycan xalqı Avropa Liqasının finalını qəbul edir) başlığı altında sözügedən keçidi paylaşıb. Karikaturada Bakı Olimpiya Stadionunun, Avropa Liqasının kubokunun və milli geyimdə oğlan və qızın şəklini təqdim edib. Əsərdə müasir və qədim Bakının simvolları da əksini tapıb.
saytlarin hazirlanmasi