İspaniya La Liqasının 5-ci turu çərçivəsində “Betis”ə qarşı baş tutan oyunun 72 dəqiqəsində zədələnən “Real”ın (Madrid) futbolçusu Marselonun son durumu müəyyənləşib.
Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
29 yaşlı oyunçu “Alaves”, “Espanyol”, “Xetafe”, “Borussiya” (Dortmund) və “Tottenhem”ə qarşı keçiriləcək oyunları buraxmalı olacaq.
Qeyd edək ki, “kral klubu”nun heyətində Kərim Benzema, Toni Kroos və Mateo Kovaçiçin də zədəsi var.
Xatırladaq ki, sözü gedən matçda “Real” “Betis”ə 1:0 hesabı ilə məğlub olmuşdu.