İspaniya La Liqasında mübarizə aparan “Real” (Madrid) daha bir futbolçusu ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.
Sportal.az “Marca” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” komandanın kapitanı Serxio Ramosla 2020-ci ilə qədər olan müqavilənin müddətini 2021-ci ilə qədər uzatmaq niyyətindədir.
Xatırladaq ki, 31 yaşlı müdafiəçi keçən mövsüm paytaxt təmsilçisinin forması ilə 44 oyuna 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, ötən günlərdə son La Liqa çempionu Dani Karvahal, Kərim Benzema, Marselo və İsko ilə yeni sözləşmə imzalamışdı.