İvan Rakitiç avqustun 17-də Barselonada baş verən terror hadisəsi ilə bağlı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, “Goal”a danışan xorvat futbolçu:
“Barselonadakı hadisəyə çox yaxın idim. Ailəmlə şəhərin mərkəzinə getdik. Terror aktının baş verdiyi yerə getmək istədim, lakin həyat yoldaşım mənə havanın yaxşı olduğunu, uşaqların evimizin yanındakı parkda oynamaq istədiklərini dedi. Şükürlər olsun ki, onun sözünə qulaq asdım”.
Rakitiç izdihamlı yerlərə getmədiyini də vurğulayıb.
Xatırladaq ki, avqustun 17-də Barselonada İŞİD-li terroristlərin idarə etdiyi mikroavtobusun kütləyə çırpılması nəticəsində 13 nəfər ölmüş və 130-dan çox adam xəsarət almışdı. Eyni gündə İspaniyanın digər şəhəri Kambrilsdə də terror aktı baş vermişdi. Həmin hadisə nəticəsində 1 nəfər ölmuş və 6 nəfər yaralanmışdı.
saytlarin hazirlanmasi