"Roma" rəsmisi: "Qarabağ" xüsusi komandadır"

17:29 - 25 Sentyabr 2017

“Roma”nın baş icraçı direktoru Umberto Qandini  Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"la oyunöncəsi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"la oyunun önəmli olduğunu söyləyib:

 

“Qarabağ”la oyun bizim üçün çox önəmlidir. Rəqib xüsusi komandadır. Avropa Liqası təcrübələri var. Onlar “İnter”lə heç-heçə ediblər. Qrupun digə görüşündə “Atletiko” ilə “Çelsi” üz-üzə gələcək. Buna görə Bakıda qələbə qazanmaq bizim üçün çox vacibdir”.

 

Qandini sentyabrın 27-də 41 yaşı tamam olacaq klubun əfsanəvi futbolçusu Françesko Tottiyə hədiyyəni "Qarabağ"la görüşdə qələbə qazanaraq vermək istədiklərini deyib:

 

“Yer aldığımız qrupda iki önəmli komandanın olması normaldır. Əgər Avropa Liqasına yollansaq, orda da sona qədər mübarizəmizi aparacağıq. Favorit komandaların bir-birilərinə qarşı keçirəcəkləri oyunlardan çox şey asılıdır. Bu səbəbdən də “Qarabağ”la matçlarda maksimum nəticə əldə etməliyik. Oyun günü Totttinin doğum günü olacaq və ona qələbə ilə hədiyyə etmək istəyirik”.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Roma” oyunu saat 20:00-da başlayacaq.

Xəbər xətti