Tiflisdə təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, oyun meydan sahibi komandanın 5:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin hər iki qolunu Samir Qasımov vurub.
Qeyd edək ki, bu komandalar arasında növbəti matç sentyabrın 27-də keçiriləcək.
saytlarin hazirlanmasi