"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Roma"nı qəbul edəcək.
Sportal.az xəbər verir ki, "canavarlar" bu gün paytaxtımıza gələcək. "Roma"nın əfsanəsi və hazırda klubun direktoru vəzifəsində çalışan Françesko Totti Bakıya gəlməyəcək. Buna səbəb onun doğum günün oyun gününə təsadüf etməsi olub.
41 yaşını qeyd etməyə hazıralaşan Totti bunu Gürcüstanda keçirməyi planlaşdırır. Totti Tiflisə "Milan"ın keçmiş müdafiəçisi Kaxa Kaladzenin təklifi ilə yollanacaq. Qonşu ölkədə İtaliya və Gürcüstan veteranları arasıda yoldaşlıq matçı da keçiriləcək. Maldini, Boban, Puyol, Şevçenko, Rivaldo, Albertini, Abbiati, Oddo, Kostakurta, Krespo, Luka Toni kimi futbolçular da Tiflisə yollanacaq. Qonaqlar arasında "Milan"ın keçmiş sahibi Silvio Berluskoninin də olacağı bildirilir.
Qeyd edək ki, "Qarabağ" - Roma" oyunu sentyabrın 27-də saat 20:00-da baş tutacaq.
saytlarin hazirlanmasi