La Liqada ayrılıq

22:01 - 26 Sentyabr 2017

İspaniya La Liqasında mübarizə paaran “Las Palmas”ın baş məşqçisi Manuel Markez istefa verib.


Sportal.az xəbər verir ki, La Liqanın 6-cı turu çərçivəsində “Leqanes”ə 2:0 hesablı məğlub olduqları oyundan sonra təcrübəli mütəxəssis keçən ilin iyul ayından çalışdırdığı komandadan ayrıldığını açıqlayıb.


Yeni baş məşqçi gətirilənə qədər komandanı köməkçi məşqçilər Xuan Karlos Valeron və Pakito Ortiz çalışdıracaqlar.


Xatırladaq ki, "Las Palmas" 6 turdan sonra turnir cədvəlində 6 xalla 15-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti