İspaniya La Liqasında mübarizə aparan “Atletiko” (Madrid) Dieqo Kostanın transferini rəsmən açıqlayıb.
Sportal.az xəbər verir ki, “Çelsi”nin baş məşqçisi Antonio Konte ilə problemlər yaşayan və forma geyinə bilməyən ispaniyalı hücumçu transfer qadağası səbəbilə “Atletiko”nun heyətində yanvar ayından oynaya biləcək.
28 yaşlı oyunçu Madrid təmsilçisində 18 nömrəli formanı geyinəcək.
Kosta müqaviləni imzaladıqdan sonra verdiyi açıqlamada xoşbəxt olduğunu deyib: “Evə qayıtdığım üçün xoşbəxtəm. “Atletiko” mənim evimdi. Komandaya qatılmaq və xeyir vermək üçün səbrsizlənirəm. Hər zaman olduğu kimi komandam üçün əlimdən gələni etməyə hazıram”.
Əlavə edək ki, “Atletiko” “Qarabağ”la Çempionlar Liqasında eyni qrupda mübarizə aparır.
saytlarin hazirlanmasi