Ramos: "Həmin epizodda penalti qərarı doğru olmazdı"

10:47 - 27 Sentyabr 2017

İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrid) kapitanı Serxio Ramos Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Borussiya”ya (Dortmund) qarşı keçirilən matç haqqında danışıb.


Spotal.az xarici mətbuata istinadən xəbər verir ki, ulduz futbolçu uzun fasilədən sonra Dortmundda qazanılan qələbənin önəmindən bəhs edib.


31 yaşlı müafiəçi komandasının əvvəlki formasını bərpa etmək üzrə olduğunu bildirib: “Uzun illərdən sonra, nəhayət ki, Dortmundda qələbə qazandıq. Çətin idi, ancaq xarakter nümayiş etdirdik. Ən yaxşı formamızı bərpa etməyə çalışırıq və “Borussiya” ilə qarşılaşmada buna yaxın olduğumuzu göstərdik”.
 
Matçın əvvəllərində hesab 0:0 olarkən top cərimə meydanında Ramosun əlinə dəysə də, baş hakim “davam” işarəsi vermişdi. İspaniya millisinin üzvü həmin epizodda referinin doğru qərar verdiyini söyləyib: “Həmin epizodda top əlimə dəydi. Ancaq hadisə sürətli baş verdi. Əllə oynamaq fikrim yox idi. Düşünürəm ki, bu epizodda penalti qərarı doğru olmazdı”.
 
Qeyd edək ki, sözügedən qarşılaşma Madrid təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Kral klubu” 2 turdan sonra maksimum nəticə əldə edib.

 

Xəbər xətti