Tiflis şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki,Gürcüstanın U-16 komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. Millinin qolunu Samir Məhərrəmli vurub.
Bu komandalar arasında sentyabrın 25-də keçirilən yoldaşlıq oyunu da gürcüstanlı futbolçuların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
saytlarin hazirlanmasi