Kostas Manolas: "İkinci hissədə narahat idik"

10:30 - 28 Sentyabr 2017

"Roma" "Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda təmsilçimiz "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyunda ilk qolun müəllifi olan Kostas Manolas açıqlama verib. Yunanıstanlı oyunçu yaxşı oyun sərgiləmədiklərini söyləyib:

 

"Biz yalnız iki qolla kifayətləndik. Oyuna yaxşı start verdik. Erkən qollar bizə çox kömək etdi. Bu səbəbdən çox arxayınlaşdıq. İkinci hissədə isə narahat idik. Səhv etməkdən ehtiyatlanırdıq. Aramızda gənc futbolçular da var. Onlar bizim aramızda yetişirlər. "Milan"la oyun barədə artıq düşünmək olar".

Xəbər xətti