Avropa Liqasının qrup mərhələsinin ikinci turundan sonra UEFA reytinqi açıqlanıb.
Sportal.az xəbər verir ki, dünən keçirilən 24 oyundan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. 22-ci pillədə qərarlaşan ölkəmizin 18.625 xalı var.
Cədvəldə ən yaxın izləyicimiz dəyişib. “Ostersund”un qələbəsi sayəsində Şotlandiyanı keçən İsveç 23-cü pilləyə yüksəlib. İsveç cəmi 0.150 xal Azərbaycan geridədir.
Ümumilikdə isə siyahıda qonşulaırmızla vəziyyət belədi:
21. Rumıniya – 19.450
22. Azərbaycan – 18.625
23. İsveç – 18.475
24. Şotlandiya – 18.125
25. Bolqarıstan – 18.1250
Qeyd edək ki, ölkəmiz cari mövsümdə 3,875 xal qazanıb. Bunun 2,125-i “Qarabağ”, 0,750-i “İnter”in, 0,625-i “Zirə”nin, 0,375-i isə “Qəbələ”nin payına düşür.
saytlarin hazirlanmasi