Avropa Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Sportal.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Zenit”in hücumçusu Aleksandr Kokorin ən yaxşı oyunçu seçilib.
O, səslərin 39 faizini toplayıb. Konstantin Budesku (FCSB) 2-ci, Manuel Fernandes ("Lokomotiv" M.) 3-cü olub.
Qeyd edək ki, rusiyalı forvard Avropa Liqasının qrup mərhələsində "Real Sosyedad” ilə oyunda (3:1) dubl edib.
saytlarin hazirlanmasi