"Roma" "Milan"a qalib gəldi VİDEO

00:51 - 2 Oktyabr 2017

İtaliya A Seriyasında 7-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Roma” səfərdə “Milan”la qarşılaşıb. "Canavarlar" oyundan qələbə ilə ayrılıb - 2:0.

 

Bu qələbədən sonra paytaxt klubu xallarının sayını 15-ə çatdırıb və 5-ci pillədə qərarlaşıb.

 

“Milan” – “Roma” - 0:2
Qollar:
Ceko, 72, Florenzi, 77

 

 

Xəbər xətti