İtaliya A Seriyasında 7-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, "Yuventus" liderliyi "Napoli"yə verib. Belə ki, "qoca sinyora" səfərdə "Atalanta" ilə qarşılaşıb və oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. 84-cü dəqiqədə Paulo Dibala "Yuventus"a qələbə qazandıra bilərdi, lakin Turin klubunun argentinalı ulduzu penaltini qeyri-dəqiq yerinə yetirib.
"Napoli" çempionatda ardıcıl 7-ci qələbəsini "Kalyari" üzərində qazanıb. Qələbə sayəsində neapollular 21 xalla A Seriyasında turnir cədvəlinə başçılıq edir. "Napoli" ən yaxın izləyicisi olan "Yuventus"u 2 xal qabaqlayır.
“Napoli” – “Kalyari” - 3:0
Qollar: Hamşik, 4, Mertens, 40, Kulibali, 47
“Atalanta” – “Yuventus” - 2:2
Qollar: Kaldara, 31, Kristante, 67 - Bernardeski, 21, İquain, 24
saytlarin hazirlanmasi