"Bakıya 5 saatlıq yorucu yolçuluqdan sonra "Milan"a qalib gəlmək asan iş deyil"

12:31 - 2 Oktyabr 2017

"Milan” üzərində qələbə çox önəmli idi. Turnir cədvəlində bəzi komandalardan geri qalırıq.  Liderlər qrupundan çox uzaqlaşmaq istəmirik".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Roma"nın baş məşqçisi Eysebio Di Françesko  A seriyasının VII turunda "Milan"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

 

Bir həftə ərzində 3 çətin matç keçirdiklərini bildirən Di Françeskonun sözlərinə görə, xüsusən də, Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la oyun üçün getdikləri Bakı səfəri onlara ciddi problemlər yarada bilərdi: "Ona görə ki, 5 saatlıq yorucu yolçuluqdan sonra “Milan”a qalib gəlmək asan iş deyil”.
 
Qeyd edək ki, "Qarabağ"a 2:1 hesabı ilə qalib gələn  “Roma” çempionatda 15 xala turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti