"Milan"da itki

22:12 - 2 Oktyabr 2017

İtaliya A Seriyasının 7-ci turunda “Roma” qarşı 2:0 hesabı ilə məğlub olduqları oyunun 79-cu dəqiqəsində zədələnərək əvəzlənən “Milan”ın futbolçusu Nikola Kaliniçin son durumuna aydınlıq gəlib.


Sportal.az xəbər verir ki, tibbi müayinədən sonra oyunçunun əzələsinin dartıldığı məlum olub.


Xorvatiya millisinin heyətindən çıxarılan hücumçunun müalicəsinə başlanılıb.


Xatırladaq ki, mövsümün əvvəlində “Fiorentina”dan 20 milyon avro qarşılığında transfer olan 29 yaşlı forvard bu mövsüm iştirak etdiyi 7 qarşılaşmada 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

 

Xəbər xətti