“Barselona”nın müdafiəçisi Jerard Pikenin Kataloniyanın müstəqilliyi ilə bağlı referendum günü baş tutan La Liqanın 7-ci turunun “Las Palmas”la ev oyunundan sonra söylədiyi fikirlərə görə təzyiqə məruz qalıb.
Sportal.az xəbər verir ki, Pike DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oyunlara hazırlaşan İspaniya yığmasının heyətində keçirdiyi ilk məşq zamanı azarkeşlərin böyük təzyiqi ilə üzləşib. Məşqi izləməyə gələn fanatların fitə basdığı Pike bu təzyiq qarşısında cəmi 23 dəqiqə məşq edə bilib.
Xatırladaq ki, Pike açıqlamasında göz yaşlarını saxlaya bilməmiş və lazım gələrsə, İspaniya yığmasındakı karyerasına son qoya biləcəyini söyləmişdi.
saytlarin hazirlanmasi