Bir müddətdi zədədən əziyyət çəkən “Barselona”nın yarımmüdafiəçisi Rafinya Alkantara daha 2 ay yaşıl meydanlardan kənarda qalacaq.
Sportal.az xəbər verir ki, bu ilin aprel ayında zədə alan futbolçu dizindən əməliyyat olunub. İspaniyanın “Marka” nəşrinin yaydığı məlumata görə, 24 yaşlı futbolçu ən azı 2 ay daha yaşıl meydanlardan kənarda qalacaq.
“Barselona”nın yetirməsi olan Alkantara bu klubun əsas komandasında keçirdiyi 78 oyunda 11 qol vurub, 8 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi