Azərbaycanın U-21 millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Almaniyaya qarşı keçirəcəyi oyunun hakimləri məlum olub.
Sportal.az xəbər verir ki, UEFA görüşü İslandiyadan olan hakimlər briqadasına həvalə edib. Matçın baş hakimi Vilhyalmur Torarinsson olacaq. Köməkçi hakimlər Qilfi Mar Siqurdssonla Frosti Vidar Qunnarsson, ehtiyat hakim isə Toroddur Hyaltalindi.
Oktyabrın 6-da Almaniyanın “Frendşaft” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi